| İslam | |
| Zəngilan məscidi | |
|---|---|
| | |
| Yerləşməsi | |
| Ölkə |
|
| Kənd | Zəngilan, Azərbaycan |
| Memarlıq | |
| Vəziyyəti | yeni inşa edilmişdir |
Zəngilan məscidi — Azərbaycanın Zəngilan şəhərində yeni tikilmiş məscid. 2020-ci ildə Zəngilan azad edildikdən sonra yanındakı tarixi İmam Hüseyn məscidinin qalıqları bərpa edilmiş, yanında isə yeni məscidin təməli 2023-cü il aprelin 26-da İlham Əliyev tərəfindən qoyulmuş və inşa edilmişdir.
Tarixi
26 aprel 2021-ci ildə İlham Əliyev tərəfindən yeni məscidin əsası qoyulmuşdur. Məscidin açılışı 18 may 2024-cü ildə baş tutmuşdur. Tarixi məscidin ərazisində isə açıq səma altında sərgi yaradılmışdır.
Memarlığı
Məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç neflidir. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yerləşir. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılmışdır. İnteryerdə nəqqaşlıq işləri aparılmış, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənmişdir. Minbər və şəbəkə elementləri təbii ağacdandır.
- Əlifba sırasına görə dini abidələr
- Zəngilan rayonunun abidələri
- Zəngilan
- Azərbaycandakı şiə məscidləri