Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mərkəzəfəndi qəbiristanlığı (türk. Merkezefendi Mezarlığı) — Türkiyənin İstanbul şəhərinin Avropa hissəsində, Zeytunburnu rayonunun Mərkəzəfəndi məhəlləsində ye

Mərkəzəfəndi qəbiristanlığı

41°00′55″ şm. e. 28°55′15″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qəbiristanlıq
Mərkəzəfəndi qəbiristanlığı
Xəritə
Ölkə
  •  Türkiyə
Yerləşdiyi yer Zeytunburnu
Sayt ibb.gov.tr/tr-TR/kurumsa…
41°00′55″ şm. e. 28°55′15″ ş. u.HGYO
Mərkəzəfəndi qəbiristanlığı xəritədə
Mərkəzəfəndi qəbiristanlığı
Mərkəzəfəndi qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərkəzəfəndi qəbiristanlığı (türk. Merkezefendi Mezarlığı) — Türkiyənin İstanbul şəhərinin Avropa hissəsində, Zeytunburnu rayonunun Mərkəzəfəndi məhəlləsində yerləşən qəbiristanlıq.

Tarixi

Məhəllə və qəbiristanlıq adını Osmanlı dövrünün islam alimi və sufi şeyxi Mərkəz Əfəndidən (1463–1552) almışdır. Ümumi sahəsi 27.800 m² olan bu tarixi qəbiristanlıqda çoxsaylı tanınmış ziyalılar, yazıçılar və sənət xadimləri dəfn edilmişdir. Qəbiristanlığın əsası XVI əsrdə Mərkəz Əfəndi türbəsinin bu ərazidə inşa olunması ilə qoyulmuşdur. 1950-ci illərdə ərazisi genişləndirilmiş, ondan təxminən 100 metr aralıda isə Qozlu qəbiristanlığı salınmışdır. 2007-ci ildə qəbiristanlıq tam şəkildə yenidən bərpa edilmişdir. Keçmiş baş nazir Necməddin Ərbakanın 2011-ci ildə burada dəfn edilməsi zamanı qəbiristanlıqda genişmiqyaslı abadlıq və təmir işləri aparılmışdır.

Hazırda qəbiristanlıqda yalnız mövcud məzarları olan ailə üzvlərinin dəfninə icazə verilir.

Tanınmış dəfn olunanlar

Ölüm tarixlərinə görə sıralanmışdır.

  • Abdulla Cövdət (1869–1932) — yazıçı, şair, tərcüməçi, radikal azadfikirlilik nümayəndəsi və "yeni osmanlılar" hərəkatının ideoloqlarından biri
  • Rza Nur (1879–1942) — siyasətçi, yazıçı
  • Əbdülhaq Adnan Adıvar (1882–1955) — həkim, siyasətçi, yazıçı
  • Sadəddin Qaynaq (1895–1961) — bəstəkar, musiqiçi
  • Xalidə Ədib Adıvar (1884–1964) — romançı, feminist siyasətçi
  • Həmdullah Sübhi Tanrıövər (1885–1966) — şair, siyasətçi
  • Səbahəddin Əyyuboğlu (1908–1973) — tərcüməçi, esseist, film prodüseri
  • Səmiha Ayverdi (1905–1993) — romançı, sufi
  • Xəlil Xalid (1869–1931) — türk yazıçısı
  • Mualla Əyyuboğlu (1919–2009) — memar, restavrator
  • Nəcməddin Ərbakan (1926–2011) — mühəndis, siyasətçi, Türkiyənin sabiq baş naziri
  • Toxtamış Atəş (1944–2013) — alim, yazıçı
  • Nəşə Aybəy (1930–2015) — miniatürçü, akademik
Üst