Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun Ərəb kənd inzibati ərazi dairəsində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. 24 iyun 20

Ərəb (Ağdaş)

40°40′36″ şm. e. 47°33′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ərəb
40°40′36″ şm. e. 47°33′16″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Ərəb xəritədə
Ərəb
Ərəb

Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun Ərəb kənd inzibati ərazi dairəsində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. 24 iyun 2005-ci il tarixli 951-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası

Tarixi

Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.

Tarixi abidələri

Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.

Coğrafiyası və iqlimi

Kənd Yuxarı Şirvan kanalının sahilində, düzənlik ərazidə, dəniz səviyyəsindən 80 metr yüksəklikdə, Ağdaş rayon mərkəzindən 15 km, Bakıdan 231 km məsafədə yerləşir. Kəndin yaxınlığında Qoşunarx kanalı axır. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.

Əhalisi

1886-cı il1979-cu il1985-ci il2009-cu il
348 988 1200 1493

İqtisadiyyatı

Sovet dövründə kəndin yaxınlığında südçülük-əmtəə və qoyun fermaları yerləşirdi, kənddə səkkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi. İndi kənd məktəbi tam orta məktəbə çevrilib.

Həmçinin bax

Üst