Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şəhriyar — Azərbaycan Respublikasının Şamaxı rayonunun Şəhriyar qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə Şamaxı bələdiyyəsinə aiddir.

Şəhriyar (Şamaxı)

40°36′41″ şm. e. 48°38′23″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şəhriyar
Şəhriyar qəsəbəsi, Şamaxı rayonu, Azərbaycan, 2025-ci ilin sentyabr ayı
Şəhriyar qəsəbəsi, Şamaxı rayonu, Azərbaycan, 2025-ci ilin sentyabr ayı
40°36′41″ şm. e. 48°38′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Dağlıq Şirvan iqtisadi rayonu
Rayon Şamaxı rayonu
Bələdiyyə Şamaxı bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 650 m
Əhalisi
Əhalisi
  • 3.166 nəf. (2024)
Şəhriyar xəritədə
Şəhriyar
Şəhriyar

ŞəhriyarAzərbaycan Respublikasının Şamaxı rayonunun Şəhriyar qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə Şamaxı bələdiyyəsinə aiddir.

Toponimikası

Coğrafiyası

Şəhriyar qəsəbəsi Azərbaycan Respublikasının Şamaxı rayonunda qəsəbədir, həmçinin Şəhriyar qəsəbə inzibati ərazi dairəsinin mərkəzidir.

Qəsəbə rayon mərkəzindən — Şamaxı şəhərindən təqribən 2 km məsafədə yerləşir.

Tarixi

Yaşayış məntəqəsi 1931-ci ildə Lenin adına sovxoz adı ilə yaranmışdır.

1960-cı illərdə yaşayış məntəqəsi Lenin adına sovxozun yanında qəsəbə adlanırdı və Azərbaycan SSR-nin Şamaxı rayonunun Şamaxı şəhər Sovetinin tərkibində idi. Amma 1968-ci il üçün tərtib olunmuş inzibati ərazi bölgüdə bu yaşayış məntəqəsi artıq rayonun tərkibində qeyd olunmur. Lenin adına sovxoz 1992-ci ildə Nadir Məmmədov adına sovxoz adlandırılmışdı. Sovxoza adı verilmiş Nadir Məmmədov vaxtilə sovxozun direktoru olmuşdu.

5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.

Hal–hazırda Şəhriyar qəsəbəsi Azərbaycanın Şamaxı rayonunun Şəhriyar qəsəbə inzibati ərazi dairəsinin mərkəzidir.

İqtisadiyyatı və infrastrukturu

1931-ci ildən etibarən təsərrüfatda üzümçülük sürətlə inkişaf etməyə başlamışdı. Üzümlüklərin ümumi sahəsi 2422 hektara qədər genişləndirilmişdir. Məhz bu torpaqlarda dünya şöhrətli “Mədrəsə”, “Şirvanşahı”, “Şamaxı mərəndisi”, “Qara mərəndi” və “Qızılı mərəndi” üzüm sortları yaranmışdı. Sovxozun üzümçüləri arasında 4 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 18 nəfər isə Lenin ordeni ilə təltif edilmişdi. Yerli üzüm sortlarından hazırlanan “Kaqor”, “Şamaxı” şərabları iki dəfə Ümumdünya və Ümumittifaq sərgilərində qızıl, üç dəfə isə gümüş medalla mükafatlandırılmışdı. “Mədrəsə”, “Mədrəsəli”, “Qarayeri”, “Qırmızı Azərbaycan”, “Dəllər” şərabları sovxoz şərabçılarının əldə etdiyi məhsullar sırasında yer alırdı.

Qəsəbədə iki uşaq bağçası, tam orta məktəb, klub, kitabxana, mədəniyyət evi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, FHN-in Mülkü–Müdafiə Qoşunlarının Şamaxı taboru var. Qəsəbədə 2566 təsərrüfat var.

Əhalisi

Şəhriyar qəsəbəsinin əhalisi 2009-cu il üçün 2332 nəfər, 2024-cü ilin əvvəli üçün 3166 nəfər təşkil edirdi.

Həmçinin bax

Üst