| Fərid Məhəmmədşin | |
|---|---|
| tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин | |
| | |
Vəzifədədir | |
| 27 may 1998-ci ildən | |
| Əvvəlki | Vasili Lixaçov |
| 16 yanvar 1995 – 28 may 1998 | |
| Əvvəlki | Məhəmməd Sabirov |
| Sonrakı | Rüstəm Minnexanov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Əlmət, Tatarıstan, SSRİ |
| Partiya | Vahid Rusiya |
| Təhsili | Ufa Dövlət Neft Texniki Universiteti Saratov ali partiya məktəbi |
| Fəaliyyəti | siyasətçi, dövlət xadimi, mühəndis |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcələri |
|
| | |
| Təltifləri | |
Fərid Xeyrulla oğlu Məhəmmədşin (tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин; d. 22 may 1947) — rus dövlət və siyasi xadimi. Tatarıstan Respublikası Dövlət Şurasının sədri (27 may 1998-ci ildən). Siyasət elmləri doktoru (2001).
Həyatı
Fərid Xeyrulla oğlu Məhəmmədşin 22 may 1947-ci ildə Tatarıstanın Əlmət şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1963-cü ildə Əlmətdə benzin istehsal edən zavodda trestində avtonəqliyyat bürosunun sürücüsü kimi başlayıb.
1966—1968-ci illərdə Sovet ordusunda xidmət edib.
1968—1970 illərdə — "Almetyevneft" neft mədənləri idarəsində çilingər işləyib.
1972-ci ildə — Əlmət qaz sənayesi texnikumunu bitirib.
Tatarıstan MSSR-də partiya fəaliyyəti
1970—1978 illərdə — komsomol və partiya işlərində çalışıb.
1979-cu ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirib.
1985—1987 illərdə — Almatyev Sov.İKP şəhər komitəsinin (qorkom) ikinci katibi işləyib.
1986-cı ildə - Saratov ali partiya məktəbini bitirib.
1989—1990 illərdə — Tatarıstan MSSR-in ticarət naziri olub.
1990-cı ildə Almatyev Sov.İKP şəhər komitəsinin birinci katibi işləyib.
Tatarıstan hökumətində
1990—1991 illərdə — Tatarıstan SSR Nazirlər Sovetinin sədr müavini işləyib.
1995—1998 illərdə — Tatarıstan Respublikasının baş naziri olub.
1998-ci ildən — Tatarıstan Respublikası Dövlət Şurasının sədridir.
1999-cu ildən — Tatarıstan Respublikası Təhlükəsizlik Şurasının sədr müavinidir.
Mükafatları
- 2017 - III dərəcəli "Vətənə xidmət üçün" ordeni
- 2012 - IV dərəcəli "Vətənə xidmət üçün" ordeni
- 2005 - "Şərəf" ordeni
- 1997 - Dostluq ordeni
Ailəsi
Evlidir. Yetkin oğlu və qızı var. Dörd nəvəsi var. Qızı Liliya həkim işləyir, oğlu Dəmir Kazan şəhərindəki "Tatneft" şirkətinin baş direktor müavinidir.
- Yaşayan insanlar
- 22 mayda doğulanlar
- 1947-ci ildə doğulanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Siyasi elmlər doktorları
- Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər
- Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- "Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası)
- "Dostluq" ordeni kavalerləri (Tatarıstan)