Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. (2012–2023)

Alı Qocayev

Vikipediya, azad ensiklopediya
Alı Qocayev
Samux Rayon İcra Hakimiyyətinin başçısı
18 aprel 2012 – 25 oktyabr 2023
ƏvvəlkiVilyam Hacıyev
SonrakıFirdovsi Əliyev
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
6 aprel 2005 – 18 aprel 2012
ƏvvəlkiFidumə Hüseynova
SonrakıXaləddin İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyul 1947(1947-07-27) (79 yaş)
Doğum yeri
  • Çaylı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017

Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. (2012–2023)

Həyatı

Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir.

1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı, yeddi nəvəsi var. Azərbaycan Respublikasının Milli Məclisinin sabiq spikeri Oqtay Əsədov ilə qudadır.

Üst