Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İbrahim Mütəfərrikə (türk. İbrahim Müteferrika; 1674 və ya 1670, Kluj-Napoka – 1745 və ya 6 fevral 1747, İstanbul) — macar əsilli osmanlı dövlət xadimi, ilk müs

İbrahim Mütəfərrikə

Vikipediya, azad ensiklopediya
İbrahim Mütəfərrikə
türk. İbrahim Müteferrika
Doğum tarixi
Doğum yeri Rumıniya
Vəfat tarixi (70–71 yaşında)
Vəfat yeri İstanbul
Fəaliyyəti iqtisadçı, antropoloq, tarixçi, coğrafiyaşünas, sosioloq, şair, yazıçı, çapçı[d], diplomat, elm adamı
Əsərlərinin dili Osmanlı türkcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sultan III Əhməd Topqapı sarayında qonaqları qəbul edərkən

İbrahim Mütəfərrikə (türk. İbrahim Müteferrika; 1674 və ya 1670, Kluj-Napoka1745 və ya 6 fevral 1747, İstanbul) — macar əsilli osmanlı dövlət xadimi, ilk müsəlman mətbəəçisi, yazıçı, tərcüməçi, astronom və kartoqraf. Osmanlı imperiyasında mətbəə yaradaraq türkcə kitap yayımlayan ilk şəxs.

Həyatı

1674 Kolojvarda doğulub. 1745-ci ildə İstanbulda vəfat edib.

Çap etdirdiyi əsərlər

"Niyə keçmişdə müsəlman xalqları ilə müqayisədə çox zəif olan xristian xalqları müasir dövrdə böyük ərazilərə hökm edir və bir vaxtlar yenilməz Osmanlı ordularını məğlub edirlər?" ..."Çünki onların düşünülmüş şəkildə yaradılan qanun və qaydaları var"

İbrahim Mütəfərrikə, "Xalqların quruluşunda müdrikliyin əsasları" (Üsul əl-Hikam fi Nizam əl-Ümam).

İbrahim Mütəfərrikənin mətbəəsində cəmi 17 kitab çap edilmişdir:

  1. Kitab-i Lüğət-i Vankulu (Sihah Əl-Cəvhəri), 2 cilddə, 1729
  2. Töhfət-ül Kibar fi Əsfar əl-Bihar, 1729
  3. Tarix-i Səyyah, 1729
  4. Tarix-i Hind-i Qarbi, 1730
  5. Tarix-i Timur Gürgan, 1730
  6. Tarix-i Mısri Qədim və Misri Cədid, 1730
  7. Gülşən-i Xüləfa, 1730
  8. Grammaire Turque, 1730
  9. Üsul əl-Hikam fi Nizam əl-Ümam, 1732
  10. Fiyuzat-i Mıknatısiye, 1732
  11. Cahannüma, 1732
  12. Təqvim əl-Təvarih, 1733
  13. Kitabi Tarix-i Naima, 2 cilddə, 1734
  14. Tarix-i Rəşid, 3 cilddə, 1735
  15. Tarix-i Çələbizadə, 1741
  16. Əhval-i Qazavat dər Diyar-i Bosna, 1741
  17. Kitab-i Lisan əl-Əcəm əl Müsəmma bi-Fərhəng-i Şüuri, 2 cilddə, 1742

Bu kitablardan "Tarix-i Çələbizadə"nin bir çox nüsxəsi "Tarix-i Rəşid"in üçüncü və son cildinin arxasına əlavə edilərək cildlənib satıldığı üçün, bəzi mənbələrdə səhvən Mütəfərrikənin 16 kitab çap etdirdiyi qeyd olunur.

Üst