| Salam Aydınbəyov | |
|---|---|
| ləzg. Мугьаммад-Салам Абдул-Мухътедиран хва Айдунбегрин | |
| 18 aprel 1953 – 8 yanvar 1954 | |
| Əvvəlki | Hətəm Əhmədov |
| Sonrakı | Şəmsəddin Sultanov |
| dekabr 1948 – sentyabr 1951 | |
| Əvvəlki | Əbdürəhman Daniyalov |
| Sonrakı | Məhəmməd Məcidov |
| 1946 – 1948 | |
| Birinci katib | Əziz Əliyev |
| 27 mart 1942 – 25 sentyabr 1942 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1912 |
| Doğum yeri | |
| Vəfat tarixi | oktyabr 1967 (54–55 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Atası | Müqtədir Aydınbəyov |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951)
Həyatı
Salam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır.
Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir.
1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.
1942-ci ildə Moskvada Ali Partiya Məktəbini bitirərək Bakıya qayıdan Salam Aydınbəyov Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin mətbuat və nəşriyyat üzrə bölməsinin müdiri vəzifəsinə yüksəlmişdir. Bir aydan sonra həmin vəzifədən azad edilmiş, Azərbaycan K(b)P Xaçmaz Rayon Komitəsinin birinci katibi təyin edilmişdir. 1942-ci ilin sentyabr ayında Dağıstana Əziz Əliyevin sərəncamına ezam olunanadək bu vəzifədə çalışmışdır. ÜİK(b)P MK yanında Ali Partiya Məktəbini[rus.] bitirdikdən sonra 1946-cı ildə ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin katibi seçilmiş, 1948-ci ildən 1951-ci ilədək isə Dağıstan MSSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmişdir.
1951-ci ildə Salam Aydınbəyov Azərbaycana qayıtmış, Azərbaycan KP MK-da şöbə müdirinin müavini, sonra isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır. 1954-cü ildək həyatının sonunadək Azərbaycan Tibb İnstitutunun siyasi iqtisad kafedrasının müdiri olmuşdur. Siyasi iqtisada dair 40-dan artıq elmi əsər, o cümlədən iki monoqrafiyanın müəllifidir.
Salam Aydınbəyov 1925-ci ildən ÜİLKGİ-nin, 1939-cu ildən ÜİK(b)P-nin üzvü olmuşdur. 2-ci çağırış Dağıstan MSSR Ali Sovetinin, 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Lenin", "Qırmızı əmək bayrağı" ordenləri və medallarla təltif edilmişdir.
Salam Aydınbəyov 1967-ci ildə Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
- 1912-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 1967-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- İqtisad elmləri namizədləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR ticarət nazirləri
- Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon Komitəsinin birinci katibləri
- Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatları
- SSRİ Ali Sovetinin III çağırış deputatları
- İqtisad üzrə fəlsəfə doktorları
- Azərbaycan iqtisadçıları
- Azərbaycan ləzgiləri
- SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları