| Nazim Hacıbəyov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Anası | Cahan Talışinskaya |
| İşləri və nailiyyətləri | |
| İşlədiyi şəhərlər | Daşkənd, Fərqanə, Kislovodsk, Bakı |
| Əsas tikililəri | Gülüstan sarayı |
| Mükafatları | |
Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı – 23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).
Həyatı
Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır.
1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950–1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir.
XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970–1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970–1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.
Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.
2020-ci il martın 23-də vəfat edib.
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
- Azərbaycan SSR Dövlət mükafatı — 1982 (Gülüstan sarayının layihəsinə görə)
- "Şöhrət" ordeni — 19 aprel 2000
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003-cü ildən
Xatirəsi
24 fevral 2023-cü ildə Azərbaycan Memarlar İttifaqında Azərbaycanın Əməkdar memarı, "Şöhrət" ordeni kavaleri, Prezident təqaüdçüsü Nazim Hacıbəyovun xatirə gecəsi keçirilib. Gecəni Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq Nazim müəllimlə şəxsi tanışlığı ilə bağlı səmimi xatirələrini bölüşüb. Çıxış edənlər arasında Azərbaycanın Əməkdar memarları Afis Əmirxanov, Feyzulla Quliyev, Zülfüqar Məmmədov və müxtəlif illərdə görkəmli memarla birgə çalışmış bir çox insanlar vardı. Afis Əmirxanov öz çıxışında Nazim Hacıbəyovla "Gülüstan" sarayının layihəsi üzərində birgə işləməsindən və bu layihəyə görə Dövlət mükafatına layiq görülməsindən danışdı. O qeyd etdi ki, binanın layihələndirilməsi zamanı onlar yerli inşaatın klassik üslubunu rəhbər tutmuşdular.
Həmçinin bax
- Talışxanovlar
- 8 fevralda doğulanlar
- 1928-ci ildə doğulanlar
- 92 yaşında vəfat edənlər
- Uzunömürlülər
- 23 martda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Daşkənd Dövlət Texniki Universitetinin məzunları
- Azərbaycan SSR əməkdar arxitektorları
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə memarlar
- Bakıda doğulanlar
- Bakıda vəfat edənlər
- Talışxanovlar
- Azərbaycan memarları
- Azərbaycanlı memarlar
- Azərbaycan uzunömürlüləri
- Azərbaycanlı uzunömürlülər
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- Özbəkistan memarları
- SSRİ memarları
