Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbdülqəni Əliyev 21 oktyabr 1963-cü ildə Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində (1980-1984), Moskvada ÜDKİ-nin quruluş fakültəsinin aktyor şö

Əbdülqəni Əliyev

Vikipediya, azad ensiklopediya
Əbdülqəni Əliyev
Abdulqəni Zəhmət oğlu Əliyev
Doğum tarixi (62 yaş)
Doğum yeri Bakı
Fəaliyyəti aktyor
Təhsili
  • Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu

Əbdülqəni Zəhmət oğlu Əliyev (21 oktyabr 1963, Bakı) — aktyor, rejissor.

Həyatı

Əbdülqəni Əliyev 21 oktyabr 1963-cü ildə Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində (1980-1984), Moskvada ÜDKİ-nin quruluş fakültəsinin aktyor şöbəsində təhsil alıb (1986-1990). Yuğ Teatrında, NRC-da, ABA, Space, AzTV, İTV televiziya kanallarında çoxsaylı verilişlərin rejissoru olub. Reklam və kliplər çəkib.

Jurnalist Lalə Əliyeva ilə ailəlidir, Cavidan adlı oğlu var.

Mükafatları

7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Sahilsiz gecə (film, 1989)
  2. Oyun (film, 1996)
  3. Fatehlərin divanı
  4. Hər şey yaxşılığa doğru
  5. Yalançılar (film, 2008)
  6. Əlavə təsir (film, 2010)
  7. Sirr (serial, 2012)
  8. Qanun naminə (serial, 2013)
  9. 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Nail)
  10. Məryəm (serial, 2016)
  11. Bir zamanlar Şəkidə (film, 2017) (ing. The Game) (rol: İsrafil)
  12. Lal yuxu (teleserial, 2017)
  13. Sevgi Romanı (film, 2020)
  14. Bu şəhərdə kimsə yoxdur (serial)
Üst