Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliq

Alməmməd mağarası

39°05′12″ şm. e. 45°38′25″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Alməmməd (Ərməmməd) mağarası
Xəritə
39°05′12″ şm. e. 45°38′25″ ş. u.HGYO
Yerləşməsi
Ölkə  Azərbaycan
Region
  • Kiçik Qafqaz
Rayon
  • Culfa

Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının  mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.

Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.

Həmçinin bax:

  • Duzdağ
Üst