| Samir Zülfüqarov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Dəvəçi rayonu, Azərbaycan SSR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Dəfn yeri | Dəvəçi rayonu, Azərbaycan |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Milli Ordu |
| Qoşun növü | quru qoşunları |
| Xidmət illəri | 1994—1995 |
| Rütbəsi | sıravi |
| Döyüşlər | Mart hadisələri |
| Təltifləri | |
Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Şabran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı
Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş qəsəbəsində anadan olub. 8-ci sinfə qədər təhsil alıb. Ailə vəziyyəti ağır olduğu üçün, təhsili yarımçıq qoyaraq atası ilə bərabər işləyib, ailələrinə dayaq olub. Subay idi.
1994-cü ilin avqustunda Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib.
Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədə xidmət edib. 1995-ci ilin 12–18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilir. Martın 17-də Nizami rayonunda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qərargahının yaxınlığına baş verən silahlı toqquşma zamanı şəhid olub. Dəvəçi rayonunun Ağbaş qəsəbəsində dəfn olunub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Samir Xəlil oğly Zülfüqarova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
- 3 iyulda doğulanlar
- 1976-cı ildə doğulanlar
- 18 yaşında vəfat edənlər
- 17 martda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Şabran rayonunda doğulanlar
- Bakıda vəfat edənlər
- Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar
