Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ülvi Ramiz oğlu Mehdiyev (30 yanvar 1985, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliy

Ülvi Mehdiyev

  • Ana Səhifə
  • Ülvi Mehdiyev

Ülvi Ramiz oğlu Mehdiyev (30 yanvar 1985, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri.

Ülvi Mehdiyev
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Vəzifədədir
27 aprel 2018-ci ildən
Prezidentİlham Əliyev
Əvvəlkiİnam Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 1985(1985-01-30) (41 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili Bakı Dövlət Universiteti

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Mündəricat

Həyatı

Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. Həmçinin ABŞ-nin Dyuk Universitetinin Adaptiv strateji idarəetmə ixtisasının magistr və Massaçusets Texnologiya İnstitutunun (MIT) rəqəmsal transformasiya üzrə liderlik proqramları üzrə təhsil alıb. 2005–2006-cı illərdə hərbi xidmət keçib. 2006–2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.

Ailəsi

Ailəlidir, 3 uşağı var.

Fəaliyyəti

Ülvi Mehdiyev 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Mükafatları

27 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Ülvi Mehdiyevi təltif etmişdir.

27 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ülvi Mehdiyevi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Azərbaycan himni

  • Mart 27, 2026

    Süni intellekt

  • Mart 26, 2026

    İnsan ürəyi

  • Mart 26, 2026

    Azərbaycan çayları

  • Mart 27, 2026

    Pələng

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst