| İsmixan Didərgin | |
|---|---|
| İsmixan Müseyib oğlu Məmmədov | |
| 250 px | |
| Doğum adı | İsmixan Məmmədov |
| Təxəllüsü | İsmixan Didərgin |
| Doğum tarixi | |
| Doğum yeri | Ağkilsə, Basarkeçər, Ermənistan SSR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bayan, Daşkəsən rayonu, Azərbaycan |
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Uşağı | Hikmət Məmmədov |
| Atası | Müseyib Məmmədov |
| Fəaliyyəti | şair |
İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu; 25 aprel 1933, Ağkilsə, Basarkeçər rayonu – 5 iyun 1994, Bayan, Daşkəsən rayonu) — Azərbaycan şairi, jurnalist, müəllim.
Həyatı
İsmixan Didərgin 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində, orta təhsilini qonşu Zod kəndində almışdır. Gənc yaşlarından şer yazmağa başlamışdır.
1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılmış, Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır.
Daşkəsən rayonunun Bayan kəndində 5 iyun 1994-cü ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.
- Aşıq Ələsgərin qardaşı nəvəsidir.
- Növrəs İmanın bacısı oğludur.
Kitabları
- "Ayırdılar qucağından Göyçənin". Bakı, "Yazıçı"-1992. 104 səh. 8000 tiraj.
- 25 apreldə doğulanlar
- 1933-cü ildə doğulanlar
- 61 yaşında vəfat edənlər
- 5 iyunda vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Ağkilsədə doğulanlar (Göyçə)
- Daşkəsən rayonunda vəfat edənlər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan pedaqoqları
- Azərbaycanlı pedaqoqlar
- Göyçə şairləri
- Göyçədə doğulanlar
- Ermənistandan deportasiya olunmuş azərbaycanlılar