Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rüfət Şabanov 22 iyun 1922-ci ildə Bakıda anadan olmuşdur. 1945–1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951–1957-ci illərdə Rus D

Rüfət Şabanov

Vikipediya, azad ensiklopediya
Rüfət Şabanov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı
Fəaliyyəti rejissor
IMDb ID5883315

Rüfət Şabanov (22 iyun 1922, Bakı4 avqust 1998) — Azərbaycan kinorejissoru.

Həyatı

Rüfət Şabanov 22 iyun 1922-ci ildə Bakıda anadan olmuşdur. 1945–1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951–1957-ci illərdə Rus Dram Teatrında işləyib. 1957–1967-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyib. Onun çəkdiyi "Xidmət lifti" filmi Tbilisidə keçirilən kino festivalında ən yaxşı rejissor işinə görə priz və diploma layiq görülüb. 1967–1977-ci illərdə "Azərbaycantelefilm"in baş rejissoru olmuşdur.

Filmoqrafiya

  1. Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975)
  2. Bakı (film, 1977)
  3. Bizim küçə (film, 1961)
  4. Dağıstan konserti (film, 1964)
  5. Dostluq himni (film, 1974)
  6. Əsl dost (film, 1959)
  7. Gəmi saatının sirri (film, 1983)
  8. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  9. Matteo Falkone (film, 1960)
  10. Nizami Gəncəvi (film, 1980)
  11. On yeddi yaşlı oğlan (film, 1985)
  12. Romeo mənim qonşumdur (film, 1963)
  13. Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
  14. Şuşa (film, 1973)
  15. Şüvəlan gülləri (film, 1981)
  16. Talış meşələri (film, 1976)
  17. Uzaq sahillərdə (film, 1958)
Üst