Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası)

Ağababa Zühuri

Vikipediya, azad ensiklopediya
Ağababa Zühuri
Doğum tarixi 1848(1848)
Doğum yeri
Vəfat tarixi 1910(1910) (61–62 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair
Üzvlüyü
  • Beytüs-səfa
Vikimənbənin loqosu Ağababa Zühuri Vikimənbədə

Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü.

Həyatı

6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir.

Firudin bəy Köçərli onun barədə bunları yazmışdır:

Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş. Təvəllüd edibdir hicrətin 1265-də səfər ayının 11-ci günündə[1]. Təlim alıbdır Şamaxı məktəbində. Türk lisanından masəva fars dilini və farsların ədəbiyyatını kamil bilirmiş. Sənəti müdərrislik olubdur. Təbi-şeriyyəsi səri isə də, çəndan mövzun deyildir. Mərhum Zühuri hicrətin 1310-cu ilində Şamaxıdan köçüb Badkubə şəhərinə və orada iki ilə qədər məktəbdarlıq edib, bədən vəfat etmişdir. Özündən sonra bir divani-qəzəliyyatı və qəsaidi qalmışdır və lakin o divan ələ düşmədi. 1892.

Həmçinin bax

  • Zakir Axtılı
Üst