Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yaqub Abbasəli oğlu İsmayılov (21 noyabr 1916, Gəncə, Qafqaz canişinliyi – 3 oktyabr 1983, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşlər

Yaqub İsmayılov

Vikipediya, azad ensiklopediya
Yaqub İsmayılov
Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri
16 yanvar 1962 15 noyabr 1978
ƏvvəlkiTofiq Əhmədov
SonrakıCavanşir Hüseynov
Azərbaycan SSR tikinti naziri
8 may 1959 16 yanvar 1962
ƏvvəlkiNurulla Ağayev
SonrakıMəmmədəli Abbasov
Azərbaycan SSR tikinti nazirinin birinci müavini
1957 1959
NazirNurulla Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 21 noyabr 1916(1916-11-21)
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1983(1983-10-03) (66 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təltifləri "Lenin" ordeni — 1966

Yaqub Abbasəli oğlu İsmayılov (21 noyabr 1916, Gəncə, Qafqaz canişinliyi3 oktyabr 1983, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri (1962–1978), Azərbaycan SSR tikinti naziri (1959–1962).

Həyatı

Yaqub Abbasəli oğlu İsmayılov 21 noyabr 1916-cı ildə Gəncə şəhərində anadan olmuşdur.

1930-cu ildə yeddiillik məktəbi uğurla bitirən Yaqub İsmayılov təhsilini Gəncə Sənaye texnikumunda davam etdirmişdir. 1935-ci ildə texnikumu btirdikdən sonra texnikum rəhbərliyinin göndərişi ilə Tbilisi Sənaye İnstitutuna göndərilmiş və 1941-ci ildə Tbilisi Sənaye İnstitutunun inşaat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

SSRİ Aviasiya Sənayesi Nazirliyinin təyinatı ilə Bakıya, Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində olan "Azərdövləttikinti" trestinin sərəncamına göndərilən Yaqub İsmayılov 1941–1954-cü illər arasında bu trestdə iş icraçısı, istehsalat-texniki şöbəsinin rəisi vəzifələrində çalışaraq trestin baş mühəndisi vəzifəsinə qədər yüksəlmişdir.

O, 1954-cü ildə Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyinə əvvəlcə texniki şöbənin rəisi, sonra isə nazir müavini vəzifəsinə təyin edilmiş və burada 1956-cı ilə kimi çalışmışdır.

Yaqub İsmayılov 1956-cı ildə Azərbaycan KP MK və Nazirlər Sovetinin qərarı ilə yeni təşkil olunan "Bakıbaştikinti" İdarəsinin baş mühəndisi, 1957-ci ildə Azərbaycan SSR Tikinti Nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.

1959-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Azərbaycan SSR tikinti naziri təyin olunan Yaqub İsmayılov 1962-ci ilə kimi bu vəzifədə çalışmışdır.

1962-ci ildə Yaqub İsmayılov çox mühüm bir sahəyə — respublika üzrə inşaatda texniki siyasəti müəyyən edən bir quruma — Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinə sədr təyin olunmuş və 1978-ci ilədək-16 il bu vəzifədə çalışmışdır.

Yaqub İsmayılov Azərbaycan Kommunist Partiyasının XXV, XXVI, XXVII və XXVIII qurultaylarının nümayəndəsi və Azərbaycan KP MK-nın Təftiş Kommissiyasının üzvü olmuşdur. Dəfələrlə Bakı şəhər Sovetinin deputatı olmuş və VI, VII, VIII və IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Yaqub İsmayılov 1978-ci ildə, 62 yaşında olarkən səhhəti ilə əlaqədar təqaüdə çıxmış və bir neçə ay aktiv fəaliyyətdən uzaqlaşsa da ancaq o, elmi fəaliyyətini davam etmək qərarına gəlmiş və 1981-ci ildə keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Bakı şəhərində fəaliyyət göstərən "Beton və dəmir-beton" elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

1983-cü ilin oktyabrın 3-də Yaqub Abbasəli oğlu İsmayılov 67 yaşında vəfat etmiş və 2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdir.

Üst