| II Ariobarzan | |
|---|---|
| Ariobarzan | |
Atropatena hökmdarı | |
| b.e.ə. 20 – 2 | |
| Əvvəlki | I Artavazd |
| Sonrakı | II Artavazd |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | e. ə. 40-cı illər və ya bilinmir |
| Vəfat tarixi | 2-ci il |
| Fəaliyyəti | hökmdar[d] |
| Atası | I Artavazd |
| Uşağı |
|
| Ailəsi | Atropatena |
II Ariobarzan — b.e.ə. 20-eramızın 2-ci illərində Atropatenanın Atropatilər sülaləsindən olan hökmdarı.
Həyatı
Digər Atropatena hökmdarı I Ariobarzanın oğludur. Şəxsi həyatı haqqında məlumatlar çox azdır. Ariobarzan on ildən artıq Romada yaşamış, Roma tərbiyəsi almışdır. O, Romaya səmimi dostluq münasibətləri bəsləyirdi. Tasit II Ariobarzanı belə təqdim edirdiː
| fiziki gözəlliyi və gözəl mənəvi keyfiyyətləri ilə fərqlənən midiyalı. |
Hakimiyyəti illəri
Hakimiyyətinin ilk illərində Atropatena xeyli zəifləyərək mövqeyini itirir. Hətta atası I Artavazdın dövründə idarəçiliyi Atropatenaya tapşırılmış Armeniya (həmin dövrdə Fərat çayının yuxarı axarında yerləşən ərazi) taxt-tacı da itirilmişdi. Lakin daha sonra II Ariobarzanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Roma imperiyasının imperatoru Oktavian Avqust Armeniya taxtını yenidən Atropatenaya hədiyyə edərək oranın idarəsini də Atropatena hökmdarına tapşırdı. O bizim eranın 2-ci ilində vəfat etdi.
Həmçinin bax
- Atropat
- Artabazan
- E.ə. 40-cı illərdə doğulanlar
- Doğum tarixi bilinməyənlər
- Atropatena
- Əlifba sırasına görə vəzifəli şəxslər
- İran tarixi
- Azərbaycanlı dövlət xadimləri
- Vəfat tarixi bilinməyənlər