Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev; 1954, Ağdam – 25 avqust 2017, Bakı) — Azərbaycan tədqiqatçı-jurnalisti, publisist və mətnşünas-alim.

Müştəba Əliyev

Vikipediya, azad ensiklopediya
Müştəba Əliyev
Müştəba İsmayıl oğlu Əliyev
Doğum tarixi 1954(1954)
Doğum yeri
  • Ağdam, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 avqust 2017(2017-08-25) (62–63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
İş yerləri
  • Bakı Dövlət Universiteti,
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Təhsili
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Mükafatları "Tərəqqi" medalı

Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev; 1954, Ağdam25 avqust 2017, Bakı) — Azərbaycan tədqiqatçı-jurnalisti, publisist və mətnşünas-alim.

Bioqrafiya

Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur.

1977-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977–1997-ci illərdə "Azərbaycan məktəbi" jurnalında, "Sovet kəndi" (sonrakı adları "Həyat", "Bərəkət"), ''Ədalət'' qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək "Əlillər" (əvvəlki adı "Vətən uğrunda") qəzetinin baş redaktoru olmuşdur.

2005-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir. Ərəb qrafikalı mətbuatımızın ("Ziya" və "Ziyayi-Qafqaziyyə" qəzetlərinin timsalında) latın qrafikasına transliterasiyası ilə məşğul olub.

Müştəba İsmayıl oğlu Əliyev 25 avqust 2017-ci ildə Bakı şəhərində vəfat edib.

Üst