| Həcər Ağayeva | |
|---|---|
| Həcər Maqsud qızı Ağayeva | |
| Doğum adı | Həcər Maqsud qızı Ağayeva |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı |
| Həyat yoldaşı | Elmar Ələkbərov |
| Uşaqları | Elmir Yasmin |
| Fəaliyyəti | aktrisa |
| Mükafatları | |
Ağayeva Həcər Maqsud qızı (1986, Bakı) — Azərbaycan aktrisası, Azərbaycanın Əməkdar artisti (2021).
Həyatı
Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini 2004-cü ildə bitirib. Həcər Ağayeva 2005-ci ildə S. Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib.
2004–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb. 2004-cü ildən S. Vurğun adına Rus Dram teatrın aktrisasıdır.
Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib.
17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
- Bir dəfə Qafqazda (film, 2007)
- Cavid ömrü (film, 2007) — Firəngiz
- Tanrıverdinin nağılı (film, 2008) — Şəms
- Laplandiyalı qonaq (film, 2009)
- Sonuncu dərviş (film, 2009) — Maral Rəhmanzadə
- Aramızda qalsın (film, 2011-2013) — Əfsanə
- Vəkil hanı? (film, 2011) — Esya
- Şəbəkə (film, 2011) — Fəridə həkim
- Sirr (serial, 2012) — Gülnaz
- Həyat sən nə qəribəsən (teleserial, 2013)
- 2 ömür (film, 2016-2017) (bədii serial) — Səhər
- Həddən artıq uyğunluq (film, 2016)
- Əqrəb mövsümü "İki dünya bir olsa da" (teleserial, 2025) — Sona
- Tağıyev. Məktəb (film, 2026) — Hənifə Məlikova
- Akinak (film, 2026)
- Yaşayan insanlar
- 22 iyulda doğulanlar
- 1986-cı ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Bakıda doğulanlar
- Azərbaycan aktrisaları
- Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları