Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Alarix (ən tezi 365 və ən geci 370 və ya 370-ci illər – dekabr 410, Kosensa) — Vestqot hökmdarı və sərkərdəsi.

I Alarix

Vikipediya, azad ensiklopediya
Alarix
lat. Alaricus
qot Alareiks
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
  • Rumıniya
Vəfat tarixi (39–40 yaşında)
Vəfat yeri
  • Kosensa, Qərbi Roma imperiyası
Dəfn yeri
  • Kalabriya
Atası Atanarix
Anası bilinmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alarix (ən tezi 365ən geci 370 və ya 370-ci illərdekabr 410, Kosensa) — Vestqot hökmdarı və sərkərdəsi.

Haqqında

Alarix germanların tanınmış varlı Balt nəslindəndir. O, german tayfalarından biri olan vestqotların bacarıqlı və uzaqgörən rəhbəri idi. 395-ci ildə vestqotlar Balkan yarımadasında Alarixin başçılığı ilə üsyan etdilər və onu konunq - kral seçdilər. Alarix Frakiyaya, Makedoniyaya və Yunanıstana soxuldu, Afinanı tutdu. Korinfi, Arqosu və Spartanı talan etdi. Roma imperatoru onunla sülh bağlamaq, Balkan yarımadasının qərbində zəngin İlliriya əyalətini vestqotların məskunlaşması üçün ayırmaq məcburiyyətində qaldı. 401-ci ildən vestqotlar Qərbi Roma imperiyasına hücumlarını artırmağa başladılar. Bir neçə il ərzində vestqotların romalılara qarşı müharibələri ittifaq haqqında sazişlərlə əvəz olunmuşdu. Roma qoşunlarında xidmət edən xeyli germanlar, habelə çoxlu sayda Roma qalları Alarixin tərəfinə keçdilər. Alarix üç dəfə Romaya yaxınlaşıb onu mühasirəyə almışdır. 410-cu il 24 avqustda "əbədi şəhər" Alarixin başçılıq etdiyi vestqotlar tərəfindən tutuldu və üç gün talan edildi. Alarix Cənubi İtaliyada - Siciliya ya və Şimali Afrikaya yürüşə hazırlaşdığı zaman ölmüşdür.

Ədəbiyyat

  • Məktəblinin tarix lüğəti. Bakı, 2011.
Üst