| Məmmədrza Dadaşov | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 16 avqust 1909 |
| Doğum yeri | |
| Vəfat tarixi | 16 iyun 1984 (74 yaşında) |
| Vəfat yeri |
|
| | |
| Təltifləri | |
Məmmədrza Həsən oğlu Dadaşov (16 avqust 1909, Bico, Bakı quberniyası – 16 iyun 1984, Bico, Ağsu rayonu) — Azərbaycan kənd təsərrüfatı nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı.
Həyatı
1909-cu ildə avqustun 16-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1934–1976-cı illərdə müəllim, Şamaxı və Ağsu rayonlarının müxtəlif təsərrüfat idarələrində kollektiv rəhbəri işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir.
Fəaliyyəti dövründə Azərbaycan SSR Ali Sovetinə (6-cı çağırış) deputat seçilmiş, "Lenin", "Oktyabr inqlabi", "Qırmızı Əmək bayrağı" ordenləri ilə təltif olunmuşdur. 1978-ci ildən ömrünün sonuna kimi Bico kəndi XDS İcraiyə Komitəsinin sədri olmuşdur.
1984-cü il iyunun 16-da vəfat etmişdir.
Təltifləri
- "Sosialist Əməyi Qəhrəmanı"
- 16 avqustda doğulanlar
- 1909-cu ildə doğulanlar
- Bicoda doğulanlar
- 16 iyunda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- 74 yaşında vəfat edənlər
- Bicoda vəfat edənlər
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları