| Çılpaq dorema | ||||
|---|---|---|---|---|
| Elmi təsnifat | ||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superasteridlər Klad: Asteridlər Klad: Kampanulidlər Dəstə: Kərəvizçiçəklilər Fəsilə: Kərəvizkimilər Yarımfəsilə: Kərəvizkimilər Triba: Scandiceae Yarımtriba: Scandicinae Cins: Dorema Növ: Çılpaq dorema | ||||
| Beynəlxalq elmi adı | ||||
| ||||
| ||||
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v).
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalır. Kserofitdir. Aşağı dağ qurşağına kimi quru dərələrdə rats gəlinir. Tərəvəz və dərman bitkisi kimi, əhali tərəfindən istifadə edilir.
Yayılması
Naxçıvan düzənliyi (Duzdağın cənub yamacında çox kiçik bir sahədə bitir) və Naxçıvanın dağlıq hissəsi (Vəlidağ, Dəhnədağ, Dərəşam və Darıdağ ətrafı).
Sayı və tendensiyası
Populyasiyanın təbii bərpası azalır. Keçən 10 il ərzində 70% azalma müşahidə edilmişdir. Antropogen təsirlər növün itmə təhlükəsini yaradır.
Məhdudlaşdırıcı amillər
Tərəvəz və dərman bitkisi kimi intensiv istifadəsidir.
Mühafizə tədbirləri
Öncədən yayıldığı Darıdağ ərazisində yasaqlıq yaradılması təklif edilmişdir. Bərpası üçün uyğun ərazilərdə introduksiya edilmişdir.
Həmçinin bax
- Dorema