Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əliyev Məstan Aslan oğlu (1918, Əsrik Cırdaxan, Qazax qəzası – 23 aprel 1945, Berlin) — Sovet İttifaqı Qəhrəmanı.

Məstan Əliyev

Vikipediya, azad ensiklopediya
Əliyev Məstan
Əliyev Məstan Aslan oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1918(1918)
Doğum yeri
Vəfat tarixi 23 aprel 1945(1945-04-23) (26–27 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Brandenburq
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ
Qoşun növü piyada
Rütbəsi
  • starşina[d]
Döyüşlər
  • İkinci Dünya müharibəsində Şərq cəbhəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı — 1945
"Lenin" ordeni — 1945 3-cü dərəcəli "Boqdan Xmelnitski" ordeni — 1945 3-cü dərəcəli "Şöhrət" ordeni — 1945 "Döyüş xidmətlərinə görə" medalı — 1944

Əliyev Məstan Aslan oğlu (1918, Əsrik Cırdaxan, Qazax qəzası23 aprel 1945, Berlin) — Sovet İttifaqı Qəhrəmanı.

Həyatı

1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olmuş və kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cu ildə orduya xidmətə getmişdir. Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilmişdir. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürdü, şəxsən özü isə 20 nəfərə qədərə faşist məhv etdi. Məstan Əliyev aprelin 23-də Berlin uğrunda döyüşlərin birində həlak oldu.

Ona Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci il mayın 31-də verildi.

Almaniyada dəfn edilmişdir. Doğma kəndinin məktəbi onun adını daşıyır.

Üst