| Zeynəb Cavadlı | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Vətəndaşlığı |
|
| Doğum tarixi | 19 iyul 1991 (35 yaş) |
| Doğum yeri |
|
| Boyu | 175 sm |
| İdman növü | bədii gimnastika |
| Karyera illəri | 1999–2012 |
| Məşqçiləri |
|
Zeynəb Cavadlı — Azərbaycanın bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası.
Həyatı
Əslən Naxçıvanlı olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olmuşdur.
Karyerası
O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etmişdir. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlamışdır.
Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışmış, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açmışdır.
Ailəsi
Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktuma ərə getmişdir. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olmuş və elə həmin il də evlənmişlər. 2016-cı ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır.
- 19 iyulda doğulanlar
- 1991-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Əlifba sırasına görə idmançılar
- Azərbaycan gimnastları
- Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları
- Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları