Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əs

Pişkin tüməni

Vikipediya, azad ensiklopediya
Pişkin tüməni (Pişkin hakimliyi)
Tümən-e Pişkin (Pişkin ölkəsi)
Ölkə Elxanilər dövləti Azərbaycan vilayəti
Daxildir 1. Pişkin
2. Xiyav
3. Anad
4. Ərcək
5. Əhər
6. Təkalifə
7. Kələnbər
İnzibati mərkəz Pişkin
Tarixi və coğrafiyası
Yaradılıb XIII əsrin sonları
Ləğv edilib 1500
Müasir dövrdə Azərbaycan Azərbaycan

  1. Dəqiq yeri məlum deyil.
Qarabağlar türbəsi

Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni.

H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.

Ərazisi

Pişkin (Pişkin, Xiyav, Anad, Ərcək, Əhər, Təkalifə, Kələnbər) nahiyələrinə bölünürdü.

Həmçinin bax

Üst