| Nurlan Növrəsli | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | Müğənni |
| Janrlar | Estrada, caz, vokal, muğam, pop |
| Mükafatları | |
Nurlan Növrəs oğlu Növrəsli (16 iyul 1984, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016).
Həyatı
Nurlan Növrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olmuşdur.
Nurlan Növrəslinin 3 qardaşı var. Şahin Növrəsli cazmen, bəstəkar və pianoçu kimi fəaliyyət göstərir. O, Azərbaycan Respuklikasının Əməkdar Artistidir. O biri qardaşı Arslan Növrəsli tar ifaçısı və Milli Konservatoriyanın müəllimidir. O tarda ilk dəfə dünyəvi musiqilər ifa etmişdir. Nurlanın digər bir qardaşı olan Tərlan Növrəsli isə Azərbaycan Turizm Universitetinin baş müəllimi, professorudur.
2025-ci il noyabr ayında Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənib.
Fəaliyyəti
Nurlan ilk olaraq Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsində iştirak etdiyi dövrdə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır. O bu müsabiqədə İlhamə Quliyeva və Faiq Sücəddinov kimi tanınmış sənətkarların xüsusi rəğbətini qazanmış və yarışmanın finalçısı olmuşdur.
Növrəsli 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.
O, lk klipini "Sən ki" adlı mahnısına 2006-cı ildə çəkdirmişdir. Mahnının musiqisi qardaşı Şahin Növrəsliyə, sözləri Ziya Fazilə aiddir. Klipin rejissoru Samir Fərzəlibəyovdur.
Mütamadi olaraq Azərbaycan Dövlət Televiziyasının önəmli rəsmi gecələrində və tədbirlərində iştirak edir. O həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti günlərində Azərbaycanı təmsil etmişdir.
Nurlan istedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman və skripka ustasıdır.
Mükafatları
19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev Tərəfindən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
- Yaşayan insanlar
- 16 iyulda doğulanlar
- 1984-cü ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Əlifba sırasına görə musiqiçilər
- Bakıda doğulanlar
- Azərbaycan müğənniləri