Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əhməd Şövqi Əbdüssalam Dayf (ərəb. شوقي ضيف‎; 13 yanvar 1910, Dümyat – 10 mart 2005, Qahirə) — Ərəb dili və ədəbiyyatı alimi, müfəssir. "Kral Feysəl mükafatı" l

Şövqi Dayf

Vikipediya, azad ensiklopediya
Şövqi Dayf
ərəb. شوقي ضيف
Şövqi Dayf (sağda)
Şövqi Dayf (sağda)
Doğum tarixi 13 yanvar 1910(1910-01-13)
Doğum yeri
  • Dümyat, Dümyat mühafəzəsi[d], Misir
Vəfat tarixi 10 mart 2005(2005-03-10) (95 yaşında)
Vəfat yeri
  • Qahirə, əl-Qahirə mühafəzəsi[d], Misir
Təhsili
Fəaliyyəti ədib, yazıçı, ədəbiyyatşünas, ərəbşünas[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Şövqi Əbdüssalam Dayf (ərəb. شوقي ضيف; 13 yanvar 1910, Dümyat10 mart 2005, Qahirə) — Ərəb dili və ədəbiyyatı alimi, müfəssir. "Kral Feysəl mükafatı" laureatı (1983).

Həyatı

13 yanvar 1910-cu ildə Dümyat şəhərinin Əvlədu Həmam adlı kəndində anadan olmuşdur. Təhsil almağa öz doğma kəndində başlasa da, ibtidai təhsilini Dümyatdakı məktəbdə başa vurmuşdur (1926). Zəkaziqdəki liseydə orta təhsil aldıqdan sonra 1928-ci ildə Darül-Ülumun hazırlıq məktəbinə daxil olmuş və 1930-cu ildə buradan məzun olmuşdur. Həmin il qəbul olduğu Fuad əl-Əvvəl Universitetinin (Qahirə Universiteti) Ədəbiyyat fakültəsinin Ərəb dili bölməsindən məzun olmuşdur (1935). Burada Taha Hüseyn, Əhməd Əmin, İbrahim Mustafa, Əmin əl-Xuli, Əhməd əl-İsgəndəri və Əbdülvəhhab Əzzam kimi görkəmli dil və ədəbiyyat alimlərinin dərslərində iştirak etmişdir.

"Məcməül-lüğətil-Ərəbiyyədə əl-Mucəmül-vəsit" adlı lüğətin hazırlanması üzrə heyətdə editor olaraq fəaliyyət göstərmişdir. 1936-cı ildə Qahirə Universitetinin Ədəbiyyat fakültəsinə assistent təyin edilmişdir. Burada Əhməd Əminin rəhbərliyi altında hazırladığı "Əbül-Fərəc əl-İsfahaninin "Kitabül-Əğani" əsərində ədəbi tənqid" adlı dissertasiya ilə magistr dərəcəsinə (1939), Taha Hüseynin rəhbərliyi altında hazırladığı "əs-Sənəətül-fənniyyə və tətəvvürühə fiş-şiiril-ərəbi" adlı dissertasiya ilə isə doktorluq dərəcəsinə (1942) yiyələnmişdir.

1943-cü ildə müəllim, 1948-ci ildə dosent, 1956-cı ildə professor olmuşdur. Bundan əlavə, İordaniya Universitetinin Ədəbiyyat fakültəsində iki il, Küveyt Universitetində isə dörd il işləmişdir. Özünü tamamilə elmi fəaliyyətə həsr edən Şövqi Dayf 1968–1971-ci illərdə Ərəb dili bölməsinin rəhbəri təyin edilmiş, 1975-ci ildə təqaüdə çıxmışdır.

1976-cı ildə Ətiyyə əs-Səvahinin vəfatı ilə boşalan Məcməül-lüğətil-Ərəbiyyə üzvlüyünə, 1988-ci ildə baş katibliyə, 1992-ci ildə sədr müavinliyinə, 1996-cı ildə isə İbrahim Bəyyumi Mədkurdan sonra sədrliyə təyin edilmişdir. Daha sonra Ərəb Dil Akademiyaları İttifaqının sədrliyini də həyata keçirən Dayf, eyni zamanda Dəməşq Ərəb Dili Akademiyasının üzvü, İordaniyadakı eyniadlı qurumun və İraq Elmi Akademiyasının fəxri üzvü olmuşdur.

Şövqi Dayf uzun müddət əziyyət çəkdiyi ağciyər iltihabı xəstəliyi səbəbilə 10 mart 2005-ci ildə Qahirədə vəfat etmişdir.

Əsərləri

Şövqi Dayf 50-ə yaxın əsərin müəllifidir. Onlardan bəziləri aşağıdakılardır:

  • Tarixul-ədəbil-Ərəbi.
  • Əl-Ədəbül-Ərəbiyyül-müasir fi Misr.
  • Əl-Vəciz fi təfsiril-Quranil-Kərim.

Şövqi Dayf bəzi əsərlərin nəşrini də həyata keçirmişdir:

  • Əd-Dürər fixtisaril-məğazi vəs-siyər.
  • Kitab əs-Səba fil-qiraət.
Üst