Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

I Kristian (dan. Christian 1.; fevral 1426, Oldenburq – 21 may 1481, Kopenhagen qəsri[d]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kra

I Kristian

Vikipediya, azad ensiklopediya
I Kristian
alm. Christian
Danimarka kralı
1 sentyabr 1448 21 may 1481
ƏvvəlkiBavariyalı Xristofor
SonrakıI Con
Norveç kralı
13 may 1450 21 may 1481
ƏvvəlkiVIII Çarlz
SonrakıI Con
23 iyun 1457 23 iyun 1464
ƏvvəlkiVIII Çarlz
SonrakıVIII Çarlz
Şəxsi məlumatlar
Doğum tarixi fevral 1426(1426-02)
Doğum yeri
Vəfat tarixi 21 may 1481(1481-05-21) (55 yaşında)
Vəfat yeri
  • Kopenhagen qəsri[d], Kopenhagen bələdiyyəsi[d], Danimarka
Dəfn yeri
  • Roskille kafedralı[d]
Fəaliyyəti monarx
Həyat yoldaşı
  • Brandenburqlu Doroteya (1449–1481)
Uşaqları
  • I Con,
  • Danimarkalı Marqarita,
  • I Fridrix
Ailəsi Oldenburqlar
Dini Roma-Katolik kilsəsi
Təltifləri "Serafimlər" ordeni "Fil" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Kristian (dan. Christian 1.; fevral 1426, Oldenburq21 may 1481, Kopenhagen qəsri[d]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. Oldenburq sülaləsindən yetişən ilk monarxdır.

Bavariyalı Xristoforun geridə vəliəhd qoymadan ölümündən sonra (1448) yaranan boşluqdan istifadə edən VIII Karl İsveç krallığını ələ keçirdi və Kalmar birliyini İsveç rəhbərliyində yenidən canlandırmaq istədi. Ertəsi il Norveç krallığını da özünə tabe edən VIII Karlın hədəfində Danimarka səltənəti idi. Ancaq Holşteyn qraflarının da təzyiqi ilə Danimarka Gizli Məclisi Kristianı Danimarka taxtına çıxardı. Daha sonra onun Norveç (1450) və İsveç (1457) səltənətlərini də əlinə alması nəticəsində Kalmar birliyi qısa müddətliyinə də olsa, bərpa olundu. Belə ki, 1463-cü ildə İsveç birlikdən ayrıldı. I Kristianın İsveç taxtını ələ keçirmək cəhdi isə 1471-ci ildə baş tutan Brunkberq məğlubiyyəti ilə nəticələndi.

1460-cı ildə əmisi Holşteyn qrafı Adolfun ölümündən sonra I Kristian Şlezviq hersoqu və Holşteyn qrafı ünvanlarına da yiyələndi.

26 oktyabr 1449-cu ildə sələfi Danimarka kralı Bavariyalı Xristoforun dul xanımı Brandenburqlu Doroteya ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda öldü.

  • Olaf (1450-1451)
  • Kanut (1451-1455)
  • I Con
  • Marqarita
  • I Fridrix
Üst