| Daşaltı məscidi | |
|---|---|
| Ölkə |
|
| Üslubu | İslam memarlığı |
Daşaltı məscidi — Şuşa rayonunun Daşaltı kəndində inşa olunmuş ibadət ocağı.
Tarixi
Məscidin təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub və rəsmi açılışı 2025-ci il mayın 9-da baş tutub.
Memarlıq xüsusiyyətləri
Məscid Qarabağ memarlıq ənənələrinə uyğun şəkildə kəndin mərkəzində inşa edilib. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər ağa məscidinin minarələrinin formasından istifadə olunub.
Ümumi sahəsi 822 kvadrat metr olan ikimərtəbəli məscidin ibadət zalı 150-dən çox nəfərin eyni vaxtda ibadət etməsinə imkan verir. Burada dəstəmaz otaqları, sanitar qovşaqlar, imam otağı, icma zalı, işçi otağı və xüsusi yardımçı sahələr kimi əlavə məkanlar mövcuddur.
- Əlifba sırasına görə dini abidələr
- Şuşa məscidləri
- İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri
- 2025-ci ildə tamamlanmış məscidlər