Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Kamaləddin Qafarov

Vikipediya, azad ensiklopediya
Kamaləddin Qafarov
kamalqafarov
Şəxsi məlumatlar
Doğum adı Qafarov Kamaləddin Nəsrəddin oğlu
Doğum tarixi 7 sentyabr 1976(1976-09-07) (50 yaş)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • Naxçıvan Dövlət Universiteti,
  • Kimya-biologiya təmayüllü respublika liseyi[d]
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
kqafarov.az

Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Həyatı

Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.

2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib.

2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti

2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.

Üst