Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Təbriz Abuzər oğlu Yaqubov (16 mart 1957, Bum, Qutqaşen rayonu – 3 iyul 1992, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəs

Təbriz Yaqubov

Vikipediya, azad ensiklopediya
Təbriz Yaqubov
Təbriz Abuzər oğlu Yaqubov
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1957(1957-03-16)
Doğum yeri
Vəfat tarixi 3 iyul 1992(1992-07-03) (35 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Bum
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 1992-ci ildən
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi

Təbriz Abuzər oğlu Yaqubov (16 mart 1957, Bum, Qutqaşen rayonu – 3 iyul 1992, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı və təhsili

Təbriz Yaqubov 16 mart 1957-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olmuşdur. 1964–1971-ci illərdə Bum qəsəbə tam orta məktəbində təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra Bakı Sənaye-Pedaqoji Kollecinə daxil olmuş, buranı bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

SSRİ Silahlı Qüvvələri tərkibində Rusiyanın Krasnodar şəhərində xidmət etdiyi dövrdə aviasiya üzrə rabitəçi ixtisasına yiyələnmişdir. Hərbi xidmətindən sonra inşaat sektorunda çalışmış, 1989-cu ilə qədər Bakı şəhərində yerləşən 16 nömrəli Texniki Peşə Məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1989-cu ildən isə Bakı Geoloji Kəşfiyyat İdarəsində fəaliyyətini davam etdirmişdir.

Hərbi xidməti

Təbriz Yaqubov Birinci Qarabağ müharibəsi başladığı dövrdə iki azyaşlı övladı olmasına baxmayaraq, könüllü olaraq cəbhəyə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət etmişdir. 1992-ci ilin mart ayında 812 nömrəli Bakı Özünümüdafiə Batalyonunun (sonradan 708 nömrəli briqada) tərkibində döyüşlərə qatılmışdır.

Ağdərə istiqamətində gedən strateji əməliyyatlarda taqım komandirinin müavini kimi iştirak etmişdir. O, 3 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur.

Xatirəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 633 nömrəli qərarı ilə Təbriz Abuzər oğlu Yaqubovun adı oxuduğu Bum qəsəb tam orta məktəbinə verilmişdir.

2024-cü ildə həmin məktəb binasının yenidənqurmadan sonra keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmiş və məktəbin şəhid Təbriz Yaqubovun adını daşıdığı rəsmi dövlət məlumatlarında öz əksini tapmışdır.

2020-ci ildə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi tərəfindən şəhidin həyat və döyüş yoluna həsr olunmuş videorolik hazırlanaraq geniş ictimaiyyətə təqdim olunmuşdur.

Üst