| Binədüz dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 883,9 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Vilayət | |
Binədüz dağı – Kəngərli rayonu ərazisində dağ (hünd. 883,9 m). Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyində, Böyükdüz kəndindən 2 km cənub-şərqdə, Naxçıvan-Sədərək şosesindən 400 m cənubdadır. Orta Miosenin Çokrak (Xaçaparaq lay dəstəsi) və Karaqan (Payız lay dəstəsi) mərtəbələrinin çökmə süxurlarından (gil, qumdaşı, konqlomerat, alevrolit, gips və s.) təşkil olunmuşdur. Planda şimal-şərq istiqamətli ellips formasındadır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-şərq hissəsində müşahidə edilən Böyükduz antiklinalının maili cənub-şərq qanadında yerləşir.
Həmçinin bax:
- Xarxat dağı
- Ağaverdi dağı
- Güllüdağ
- Elti dağı
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Kəngərli rayonunun dağları
- Azərbaycanda dağ zirvələri