Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hünülər (mığmığalar) bədən ölçüləri 2,8–6 mm olan xırda həşəratlardır. Ümumi rəngi boz və ya qaradır. İri başı faset gözlərlə örtülmüşdür. Bığcıqları 9-11 buğum

Qansoran hünülər

Vikipediya, azad ensiklopediya
Qansoran hünülər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Ranqsız:
Eumetabola
Ranqsız:
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Dəstəüstü:
Panorpida
Ranqsız:
Antliophora
Dəstə:
İkiqanadlılar
Yarımdəstə:
Uzunbığlılar
???:
Qansoran hünülər
Beynəlxalq elmi adı
  • Simuliidae Newman, 1834

Qansoran hünülər (lat. Simuliidae) – uzunbığlılar yarımdəstəsinə aid cücü fəsiləsi.

Ümumi məlumat

Hünülər (mığmığalar) bədən ölçüləri 2,8–6 mm olan xırda həşəratlardır. Ümumi rəngi boz və ya qaradır. İri başı faset gözlərlə örtülmüşdür. Bığcıqları 9-11 buğumlu, xortumcuğu gödəkdir. Ayaqları gödək, möhkəm, qara və ya qaramtıl-boz, bəzən ağ halqalıdır. Şəffaf qanadları sakitlik vaxtı üfüqi şəkildə bir-birinin üstünə qatlanır. Qarıncığı az və ya çox dərəcədə slindirik olub, yalnız zirvəyə doğru daralmışdır, səthi nisbətən sıx, gödək tükcüklərlə örtülmüşdür, qan sorub doymuş dişilərdə bəzən genişlənmiş olur. Azərbaycanda ayrı-ayrı illərdə Küryanı ovalıq rayonlarında hünülərin kütləvi hücumundan zəhərli sancmalarından kənd təsərrüfatı heyvanlarının kütləvi xəstələnməsi və tələf olması müşahidə edildiyindən, bu həşəratlar praktik maraq kəsb edir. Hünülərin ən geniş kütləvi çoxalma zonası Mərkəzi-Aran vilayətindədir. Kür çayı vadisində də onların bolluğu müşahidə edilir. Azərbaycanda 43 növ hünü məlumdur. Naxçıvan Muxtar Respublikası faunasında 29 növü müəyyən edilmişdir.

Hünülər panataçı qızdırması, dəri və daxili üzvlərin (visserial) leş-maniozu kimi xəstəlikləri yayır və epidemiyalara səbəb ola bilirlər. Onlar müxtəlif heyvanların sığınacaqlarında və saxlandığı yerlərdə olur.

Təsnifatı

  • Parasimuliinae
  • Simuliinae
Üst