Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Təzəkənd — Azərbaycan Respublikasının Masallı rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il ta

Təzəkənd (Masallı)

38°57′37″ şm. e. 48°48′14″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Təzəkənd
38°57′37″ şm. e. 48°48′14″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

Təzəkənd — Azərbaycan Respublikasının Masallı rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Təzəkənd kəndi Yeddioymaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılmışdır.

Toponimikası

Oykonim rayonun Zuvand adlanan mahalndan köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır, Təzəkənd Yeni kənd mənasındadır.

Tarixi

Kənd 1936-cı ildə yaradılmışdır.

Coğrafiyası və iqlimi

Kənd Azərbaycanın cənub–şərqində, Xəzər dənizinin Qızılağac körfəzi sahilində, Bakı–Astara avtomobil yolunun sol hissəsində yerləşir. Rayonun Qızılağac, Sərçuvar və Lənkəran rayonunun Qumbaşı kəndləri ilə həmsərhəddir.

Əhalisi

Əhalisi 2865 nəfərdir. Əhalisini milli mənsubiyyətə görə azərbaycan türkləri təşkil edir. Əhalinin əksəriyyəti şiələrin yeddinci imamı Museyi Kazim (ə)-ın nəslindən olub seyyiddir.

İqtisadiyyatı

Əhali əsasən ovçuluq, qismən heyvandarlıq və əkinçiliklə məşğuldur.

Mədəniyyəti

Kənddə kitabxana və poçt var.

Təhsil

Kənddə R.Nəbiyev adına orta məktəb fəaliyyət göstərir.

Din

Kənddə 2 məscid fəaliyyət göstərir.

Səhiyyə

Kənddə tibb məntəqəsi mövcuddur.

Həmçinin bax

Üst