Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyab

Eldar Nuriyev

  • Ana Səhifə
  • Eldar Nuriyev

Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini.

Eldar Nuriyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 noyabr 1955(1955-11-15) (70 yaş)
Doğum yeri
  • Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Rütbəsi II dərəcəli dövlət ədliyyə müşaviri[d]
Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı "Azərbaycan Ədliyyəsinin 100 illiyi" yubiley medalı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı

Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir.

O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. 2000-ci ildə o, prokurorluq sisteminə qayıdır.

03 oktyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş prokurorun müavini vəzifəsinə təyin olunub. 07 aprel 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub. 29 noyabr 2019-cu ildə tutduğu vəzifədən azad edilərək 25 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Tülkü

  • Mart 27, 2026

    Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)

  • Mart 28, 2026

    Milli Dirçəliş Günü

  • Mart 26, 2026

    Günəbaxan

  • Mart 30, 2026

    Azpetrol

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst