Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çaqos arxipelaqı (ing. Chagos Archipelago) — Hind okeanında, Maldiv adalarından təxminən 500 kilometr cənubda, Afrikadan İndoneziyaya gedən yolun ortasında yerl

Çaqos arxipelaqı

6°17′ c. e. 72°05′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çaqos arxipelaqı
Chagos Archipelago
Ümumi məlumatlar
Ümumi sahəsi
  • 63,2 km²
Əhalisi
  • 3.000 nəf. (2014)
Yerləşməsi
6°17′ c. e. 72°05′ ş. u.HGYO
Ölkə
Çaqos arxipelaqı xəritədə
Çaqos arxipelaqı
Çaqos arxipelaqı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çaqos arxipelaqı (ing. Chagos Archipelago) — Hind okeanında, Maldiv adalarından təxminən 500 kilometr cənubda, Afrikadan İndoneziyaya gedən yolun ortasında yerləşən, 60-dan çox tropik adaya malik yeddi atoldan ibarət arxipelaqdır. Arxipelaqın ən böyük adası olan Dieqo-Qarsiyada Böyük Britaniya Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin dəstək bazası yerləşir və bu baza əvvəllər Böyük Britaniya tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələrinə icarəyə verilmişdir. Arxipelaqın əhalisini Britaniya və ABŞ hərbçiləri (təxminən 3 min hərbi qulluqçu) təşkil edir.

Bütün yerli əhali 1966–1973-cü illər arasında məcburi şəkildə Mavrikiyə və Seyşel adalarına deportasiya edilmişdir. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 2019-cu ilin fevral ayında çıxardığı qərarla Böyük Britaniyanın Çaqos arxipelaqını Mavrikinin suverenliyinə qaytarmasını tələb etmişdir. Bu qərar BMT Baş Assambleyası tərəfindən dəstəklənmişdir (116 üzv "lehinə", 56 üzv "bitərəf", Böyük Britaniya və ABŞ da daxil olmaqla 6 üzv isə "əleyhinə" səs vermişdir). Bununla yanaşı, ABŞ-ın mövqeyi Dieqo-Qarsiya adasında ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasının yerləşməsi faktı ilə müəyyən edilirdi.

3 oktyabr 2024-cü ildə Böyük Britaniya ilə Mavriki arasında Çaqos arxipelaqının Mavrikinin suverenliyinə verilməsinə dair siyasi razılaşma əldə olunmuşdur. 22 may 2025-ci ildə Böyük Britaniya və Mavriki Dieqo-Qarsiya adası da daxil olmaqla Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsi barədə müqavilə imzalamışlar. Müqaviləyə əsasən, Böyük Britaniya Dieqo-Qarsiya adasını müqavilənin imzalandığı tarixdən etibarən 99 il müddətinə icarəyə götürəcək və icarə müddəti ərzində Mavrikiyə ildə orta hesabla 101 milyon funt-sterlinq ödəyəcəkdir. Müqavilə, еərəflərin bütün daxili tələbləri və ratifikasiya prosedurlarını yerinə yetirdikləri barədə bir-birlərini xəbərdar edəcəkləri ratifikasiya notalarının mübadiləsi tarixindən sonrakı birinci ayın ilk günündə qüvvəyə minəcəkdir.

Coğrafiyası

Arxipelaqın ümumi ərazisi 63,2 km² təşkil edir ki, bunun da 27,2 km²-i Dieqo-Qarsiya adasının payına düşür. Arxipelaqın laqunlarla birlikdə dəniz ərazisinin sahəsi isə 15 min km²-dən çoxdur, bunun 13 min km²-i Böyük Çaqos dayazlığı daxilində yerləşir. Bu cür kəmiyyət göstəriciləri nəzərə alınmaqla, bura dünyanın ən böyük atol arxipelaqlarından biridir.

Üst