Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İslam Ensiklopediyası (ing. Encyclopaedia of Islam; EI) — "Brill" tərəfindən nəşr olunan islamşünaslıq akademik intizamı üzrə ensiklopediya. İslamşünaslıq sahəs

İslam Ensiklopediyası

Vikipediya, azad ensiklopediya
İslam Ensiklopediyası
ing. Encyclopaedia of Islam
fr. Encyclopédie de l’Islam
Müəllif fərqli müəlliflər[d]
Janr ensiklopediya
Orijinalın dili fransız dili, ingilis dili, alman dili, ərəb dili
Orijinalın nəşr ili 1913, 1938, 1954, 2005, 2007, 2021
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslam Ensiklopediyası (ing. Encyclopaedia of Islam; EI) — "Brill" tərəfindən nəşr olunan islamşünaslıq akademik intizamı üzrə ensiklopediya. İslamşünaslıq sahəsində standart istinad sayılır. Birinci nəşri 1913–1938-ci illərdə, ikincisi 1954–2005-ci illərdə, üçüncüsü isə 2007-ci ildə çapa buraxılmışdır.

Məzmun

"Brill" də qeyd edilmişdir ki, "İslam Ensiklopediyası"nın məzmununa "bütün dövr və ölkələrin görkəmli müsəlmanları, müxtəlif ölkələrin qəbilə və sülaləri, sənətkarlıöı və elmi, siyasi və dini qurumları, coğrafiyası, etnoqrafiyası, flora və faunası, əsas qəsəbə və şəhərlərin tarixi, topoqrafiyası və abidələri haqqında məqalələr" daxildir. Ensiklopediya coğrafi və tarixi baxımdan əhatə dairəsinə "qədim ərəb-islam imperiyası, İran, Mərkəzi Asiya, Hindistan yarımqitəsi və İndoneziyanın islam ölkələri, Osmanlı imperiyası və digər bütün islam ölkələri aiddir".

Üst