Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة‎ ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərviş

Süleymaniyyə təkyəsi

33°30′44″ şm. e. 36°17′28″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Süleymaniyyə təkyəsi
التكيّة السليمانيّة
Ölkə
  •  Suriya
Yerləşir Dəməşq
Memar məscid və imarət: Memar Sinan
Tikilmə tarixi məscid və imarət: 1554-1559
Səlimiyyə mədrəsəsi: 1566-1567
Üslubu Osmanlı memarlığı
Material daş[d]
33°30′44″ şm. e. 36°17′28″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة‎ ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.

Süleymaniyyə təkyəsinin məscidi

Səlimiyyə mədrəsəsi

Süleymaniyyə təkyəsinin qəbiristanlığı

Üst