| Bağır Bağırov | |
|---|---|
| Bağır Əli oğlu Bağırov | |
| |
| Doğum tarixi | 12 avqust 1936 (90 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Elm sahələri | geologiya |
| Elmi dərəcəsi |
|
| Elmi adı |
|
| İş yerləri |
|
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
Bağır Əli oğlu Bağırov (12 avqust 1936, Ərkivan, Masallı rayonu) — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1989), professor, Azərbaycan Respublikasının eməkdar elm xadimi (2000), AMEA-nın müxbir üzvü (2001).
Həyatı
1936-cı il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir.
Elmi fəaliyyəti
Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi-Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969–1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir.
160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.
11 elmlər namizədinin elmi rəhbəri olmuşdur.
- 12 avqustda doğulanlar
- 1936-cı ildə doğulanlar
- Yaşayan uzunömürlülər
- Ərkivanda doğulanlar
- Geologiya-mineralogiya elmləri doktorları
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri
- Azərbaycanın əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Azərbaycan talışları
- Azərbaycan geoloqları
- Azərbaycanlı geoloqlar
- Azərbaycan pedaqoqları
- Azərbaycanlı pedaqoqlar
- AMEA-nın müxbir üzvləri
