| Susuzdağ | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2672,7 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Vilayət | |
Susuzdağ — Babək rayonu ərazisində dağ (hünd. 2672,7 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Yuxarı Buzqov kəndindən 3,8 km şimal-qərbdə, Lizbitçayın mənbə hissəsindədir. Orta Triasın Anizi və Ladin mərtəbələrinə aid Ərdağı lay dəstəsinin dolomitlərindən təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Buzqov sinklinalının nüvə hissəsində yerləşir.
Həmçinin bax
- Cuğağıl dağı
- Ağdaban dağı
- Ağnaqtəpə
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Babək rayonunun dağları