Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yaşar Əhəd oğlu Hüseynov (12 mart 1981, Abdal, Ağdam rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin baş giziri; Vətən Müharibəsi Qəhrəmanı.

Yaşar Hüseynov

Vikipediya, azad ensiklopediya
Yaşar Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 12 mart 1981(1981-03-12) (45 yaş)
Doğum yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2000—
Rütbəsi
Döyüşlər
Təltifləri
Vətən Müharibəsi Qəhrəmanı — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı — 2023 "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — 2015 "Şücaətə görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — 2025 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Vətən müharibəsi iştirakçısı" medalı — 2022

Yaşar Əhəd oğlu Hüseynov (12 mart 1981, Abdal, Ağdam rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin baş giziri; Vətən Müharibəsi Qəhrəmanı.

Tərcümeyi-halı

Yaşar Əhəd oğlu Hüseynov 12 mart 1981-ci ildə Ağdam rayonunun Abdal qəsəbəsində anadan olub. 1987-ci ildə Abdal qəsəbə orta məktəbinin birinci sinfinə gedib. 4 sentyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Abdalın işğal edilməsindən sonra ailəsi ilə birgə Bərdə rayonunda qaçqın həyatı yaşayıb. Orta təhsilini 1999-cu ildə Bərdə rayonunda başa vurdu. Evlidir. Bir oğlu və bir qızı var.

Birinci Qarabağ müharibəsi zamanı üç qardaşı Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. Qardaşları Sadiq Hüseynov və Fərman Hüseynov müharibə veteranıdır. Digər qardaşı Füzuli Hüseynov isə 1994-cü il aprelin 16-da Yusifcanlı (Ağdam rayonu) istiqamətində şəhid olub.

14 yanvar 2000-ci ildə Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2000-ci ilin avqustunda Xüsusi Təyinatlı Qüvvələrin nəzdində olan "Gizir Hazırlığı Kursu"na qatılıb və 2001-ci ilin martından Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edib.

2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan arasında baş verən döyüş əməliyyatlarında Goranboy rayonunun Gülüstan qəsəbəsi yaxınlığında qarşı tərəfin dərinliyində döyüş tapşırığının icrası zamanı ağır yaralanıb (sağ bazunun orta 3/1-nin odlu silah yaralanması, sağ mil sinirin zədələnməsi, çox qəlpəli açıq yerdəyişmiş sınıq). 8 ay müalicə aldıqdan sonra 2015-ci ilin aprelində xidmətini bərpa edib.

2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən növbəti toqquşma zamanı Goranboyun Tap Qaraqoyunlu və Tərtərin Talış istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib.

2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. 09.10.2020-ci ildə Füzuli rayonunun Gorazıllı yaşayış məntəqəsinin azad olunması zamanı odlu silah güllə yarası alaraq Füzuli rayon xəstəxanasına təxliyə olunub. 10.10.2020-ci ildə oradan Mingəçevir şəhər xəstəxanasına təxliyə olunaraq müalicə alıb. 21.10.2020-ci ildə tam sağalmamış Mingəçevir şəhər xəstəxanasından çıxaraq yenidən döyüş əməliyyatlarına qayıdıb.

30 oktyabr 2020-ci il tarixindən etibarən Xocalı rayonunun Çanaqçı və Sığnaq, Şuşa rayonunun Daşaltı yaşayış məntəqələrini də daxil olmaqla Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Noyabrın 5-dən 6-na ötən gecə Şuşa şəhərinə daxil olmuş, noyabrın 6-da səhər saatlarında Bölmə Komandiri və digər 5–6 nəfərlə birgə Şuşa şəhərinin təmizlənməsində yaxından rol alıb. Noyabrın 7-si saat 13:45 radələrində Şuşa şəhərində duma binasının üzərində sancılan Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını oradan çıxararaq Azərbaycan bayrağını sancıb və 28 ildən sonra ilk dəfə yerindəcə həmin bina üzərində Azan vermişdir.

2021-ci ilin may, iyun və iyul aylarında Kəlbəcər rayonu ərazisində, Basarkeçər istiqamətində sərhədlərin delimitasiyasında, o cümlədən 2023-cü ilin sentyabrında Antiterror əməliyyatı çərçivəsində Xankəndi və ətraf kəndlərin azad olunmasında yaxından iştirak edib.

Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Şücaətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.

Təltifləri

  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (02.02.2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
  • "Vətən Müharibəsi Qəhrəmanı" medalı (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
  • "Cəbrayılın azad olunmasına görə" medalı (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı
  • "Füzulinin azad olunmasına görə" medalı (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı
  • "Şuşanın azad olunmasına görə" medalı (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı
  • "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı (26.06.2023) — "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı
  • "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı (26.06.2020) — "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
  • "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (17.02.2015) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
  • "Şücaətə görə" medalı (03.11.2020) — "Şücaətə görə" medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı (11.03.2025) — "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı (25.06.2004) — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı (26.06.2008) — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı (26.06.2013) — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı
  • "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
  • "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı (26.06.2020) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
  • "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (26.06.2015) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2010) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • "Vətən müharibəsi iştirakçısı" medalı (05.11.2022) — "Vətən müharibəsi iştirakçısı" medalı
Üst