Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

XX–XXI Əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ya sadəcə Rəngkarlıq Muzeyi – Azərbaycanın Bakı şəhərində yerləşən incəsənət muzeyi.

Rəngkarlıq Muzeyi

40°20′22″ şm. e. 49°50′17″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Rəngkarlıq Muzeyi
Xəritə
Açılış tarixi 2015
Mövzu incəsənət
Ölkə
  •  Azərbaycan
Yerləşir Səbail rayonu
Direktor Aida Mahmudova
Telefon +99412 505 1414
İş rejimi I-VII günlər, saat 9:00-17:00
40°20′22″ şm. e. 49°50′17″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XX–XXI Əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ya sadəcə Rəngkarlıq Muzeyi – Azərbaycanın Bakı şəhərində yerləşən incəsənət muzeyi.

Tarixi

Rəngkarlıq Muzeyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş və açılışı 2015-ci ilin iyununda baş tutmuşdur. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişdirlər. 2018-ci ilin əvvəlində muzey YARAT Müasir İncəsənət Məkanının səlahiyyətinə verilmişdir.

Sərgi və eksponatlar

Muzeydə həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir. Muzeydə Mikayıl Abdullayev, Rasim Babayev, Səttar Bəhlulzadə, Gennadi Brijatyuk, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Ucal Haqverdiyev, Cavad Mircavadov, Böyükağa Mirzəzadə, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Eldar Qurban, Maral Rəhmanzadə, Altay Sadıqzadə, Oqtay Sadıqzadə, Tahir Salahov, Xalidə Səfərova, Mahmud Tağıyev, Tağı Tağıyev, Fərhad Xəlilov və Qəyyur Yunus kimi rəssamların əsərləri sərgilənmişdir.

Muzeydə müxtəlif mövzulara həsr olunmuş sərgilər təşkil olunur. Muzeydə "Əmək, istirahət və xəyallar: 1960–1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" (may 2018 – yanvar 2019), "Danışır Bakı: 1900–1940-cı illər" (aprel–oktyabr 2019), kimi sərgilər baş tutmuşdur.

Üst