Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bağa Tarxan əvvəlcə sarı türgişlərin başçısı idi. Kül Çör kimi tanınırdı. Çumuğun tayfasının başçısı idi. Tarix səhnəsinə ilk dəfə 721-ci ildə çıxmışdır. Qəsr ə

Bağa Tarxan

Vikipediya, azad ensiklopediya
Bağa Tarxan
莫贺达干
739 – 744
ƏvvəlkiQut Çor xaqan
SonrakıEl Etmiş Qutluq Bilgə xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat səbəbi başın kəsilməsi[d]
Milliyyəti Türgiş
Dini Tenqriçilik

Bağa Tarxan (?- 13.4.744) — Türgiş xaqanlığının hökmdarı.

Həyatı

Bağa Tarxan əvvəlcə sarı türgişlərin başçısı idi. Kül Çör kimi tanınırdı. Çumuğun tayfasının başçısı idi. Tarix səhnəsinə ilk dəfə 721-ci ildə çıxmışdır. Qəsr əl-Bahil mühasirəsində müvəffəqiyyətsiz olsa da, 729-cu ildə Kəmərcə mühasirəsində iştirak etmişdi. Daha sonra 737-ci ildə Xaristan döyüşündəki Sulukun məğlubiyyəti ona hakimiyyəti öz əlinə almaq üçün motivasiya verdi.

738-ci ildə əyanlardan başqa biri olan Tumutu ilə əlbir olaraq Suluk xanı öldürtdürdü. Onun bayrağı altına Fərqanə və Daşkənd hakimləri toplanmışdılar. Çin hakimlərindən bəziləri də ona söz vermişdilər. O, Balxaş gölü sahilində Çin sərkərdəsi Qao Qaoyunla görüşdü. Suluk xaqanın oğulları Qut Çor Xaqan və Ton Apa Yabqunun başçılıq etdiyi qara türgişlər məğlub oldular.

Hakimiyyəti

Özünü xaqan elan edən Bağa Tarxan hakimiyyətə Çinin köməyi ilə gəlsə də, 2 il sonra Çin nümayəndəsi Aşina Sini öldürmüşdü. Bu isə Çin sərkərdəsi Fumenq Linqçanı qəzəbləndirdi və tezliklə hücuma məruz qalan Bağa Tarxan öldürüldü.

Üst