Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İmamiyə qəbiristanlığı və ya Ağalı qəbiristanlığı — Təbrizin cənubunda yerləşən qəbiristanlıq. Qəbiristanlıqda bir çox məşhur şəxslər, Məşrutə və 21 Azər hərəka

İmamiyə qəbiristanlığı

38°02′39″ şm. e. 46°16′49″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qəbiristanlıq
İmamiyə qəbiristanlığı
Xəritə
Ölkə
  •  İran
Yerləşdiyi yer Təbriz
38°02′39″ şm. e. 46°16′49″ ş. u.HGYO
İmamiyə qəbiristanlığı xəritədə
İmamiyə qəbiristanlığı
İmamiyə qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmamiyə qəbiristanlığı və ya Ağalı qəbiristanlığı — Təbrizin cənubunda yerləşən qəbiristanlıq. Qəbiristanlıqda bir çox məşhur şəxslər, Məşrutə və 21 Azər hərəkatının iştirakçıları, yazıçı Səməd Behrəngi və Azərbaycan Milli Hökuməti dövründə baş prokuror vəzifəsini tutan siyasətçi və jurnalist Firudin İbrahimi dəfn olunublar.

Haqqında

İmamiyə qəbisirtanlığı Təbrizin cənubunda yerləşir. Bir vaxtlar bu ərazi Yanıqtəpə adlanıb. Daha sonra bu torpaqlar Təbrizin cümə imamı Mirzə Kazım İmamiyə verilib. O isə bu ərazini 1897-ci ildə qəbiristanlıq salınması üçün ayırıb.

Qəbiristanlığın ərazisində Mirzə Kazım İmaminin oğulları Səməd İmami və Əhməd İmaminin dəfn olunduqları türbə var.

Ərazisi dolduğu üçün 2010-cu ildən etibarən burada dəfn mərasimləri aparılmır. Qəbiristanlıq ancaq həftənin dördüncü və beşinci günləri eləcə də bayram günləri ziyarətə açıqdır.

Qəbiristanlıqda bir çox məşhur şəxslər, Məşrutə hərəkatının iştirakçıları, İran–İraq müharibəsinin şəhidləri, Səttarxanın oğlu, yazıçı Səməd Behrəngi və Azərbaycan Milli Hökuməti dövründə baş prokuror vəzifəsini tutan siyasətçi və jurnalist Firudin İbrahimi dəfn olunub. Azərbaycan Milli Hərəkatının üzvləri hər il Firudin İbrahiminin qəbrini ziyarət edirlər.

Qəbiristanlıqda dəfn olunanlar

  • İbrahim Qafqazçı — Məşrutə hərəkatının iştirakçısı.
  • Qulam Hüseyn Fərşi — Məşrutə hərəkatının iştirakçısı.
  • Mirzə Ağa Fərşi — Məşrutə hərəkatının iştirakçısı.
  • Mirzə Əli Əkbər Sirac — Məşrutə hərəkatının iştirakçısı və "Təkamül" qəzetinin baş redaktoru.
  • Mirzə Hüseyn Vaiz — Məşrutə hərəkatının iştirakçısı.
  • Mirzə Abbasqulu Vaiz Çərəndabi — Məşrutə hərəkatının iştirakçısı.
  • Ayətullah Tütünçü Qərəvi — Məşrutə hərəkatının iştirakçısı.
  • Firudin İbrahimi — 1946-cı ildə Cənubi Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin baş prokuroru. 1947-ci ildə edam olunub.
  • Qulamrza Cavidan — 21 Azər hərəkatının iştirakçısı, Azərbaycan Milli Məclisinin nümayəndəsi, Marağa şəhərinin qubernatoru. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra 1947-ci il fevralın 23-də edam olunub.
  • Mayor Əhməd Cövdət — 21 Azər hərəkatının iştirakçısı, Azərbaycan Milli Məclisinin nümayəndəsi, Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra 1946-cı il dekabrın 31-də edam olunub.
  • Leytenant İftixar Herisi — 21 Azər hərəkatının iştirakçısı, Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra 1946-cı il dekabrın 31-də edam olunub.
  • Qurbanəli Aryantac — 21 Azər hərəkatının iştirakçısı, Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra 1946-cı il dekabrın 31-də edam olunub.
  • Mirəli Əkbər Səməri — 21 Azər hərəkatının iştirakçısı, Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra 1946-cı il dekabrın 31-də edam olunub.
  • Səməd Behrəngi — müəllim, tərcüməçi, nasir, yazıçı.

Həmçinin bax

Üst