| Çihori döyüşü | |||
|---|---|---|---|
| Gürcüstan ara müharibələri | |||
| Gürcüsta əraziləri 1450-ci ildə | |||
| Tarix | Avqust 1463 | ||
| Yeri | Arqveti yaxınlığındakı Çihori qalasınd | ||
| Səbəbi | Gürcüstanda hakimiyyət uğrunda mübarizə | ||
| Nəticəsi | İmeretinin qələbəsi | ||
| Münaqişə tərəfləri | |||
| |||
| Komandan(lar) | |||
| |||
| | |||
Çihori döyüşü — 1463-cü ildə birləşmiş Gürcüstanın kralı VIII Georgi və kraliyyət ailəsindən olan VI Baqrat öndərliyindəki üsyançı zadəganların birləşmiş ordusu arasında baş tutmuş döyüş. Döyüş hal-hazırkı Gürcüstan Respublikasının qərbində yerləşən Arqveti bölgəsindəki Çihori qalasının yaxınlığında baş vermiş və birləşmiş Gürcüstan kralının ordusunun məğlubiyyəti ilə nəticələnmişdir.
Arxa plan
Döyüş IV Vaxtanqın (1442–1446) qısa müddət davam edən hakimiyyətindən sonra başlayan və çarlığın sonda parçalanması ilə nəticələnən ara müharibələri dövrünün zirvə nöqtəsi idi. Bu proses zamanı müxtəlif gürcü dövlətlərinin, knyazlarınin və bu dövlət qurumlarına rəhbərlik edən müxtəlif gürcü zadəganlarının son məqsədi bütün Gürcüstan üzərində öz hakimiyyətlərini qurmaq idi. Ara müharibələri uzun müddət dava etmiş və Gürcüstanın parçalanaıb, xeyli zəifləməsi ilə nəticələnmişdir.
Döyüş
IV Vaxtanqın qardaşı və varisi legitimliyi mübahisəli olan VIII Georgiyə qarşı qalxmış olan üsyan Gürcüstan çarlığının qərb və cənub bölgələrini təhrik etdi. Qərbi Gürcüstan knyazları Georginin qohumu olan Baqrata qatılaraq güclü bir koalisiya altında toplandılar və döyüş meydanı olan Çihoriyə doğru hərəkətə keçdilər. Döyüş əsnasında ordusu qarşı tərəfə nisbətən əzif olan Georgi qohumu Baqrata məğlub oldu. Döyüşdə qalib gələn Baqrat Kutaisi şəhərinə gedərək İmereti kralı elan edildi və kral tacını qəbul etdi. Ancaq qurulmuş olan yeni monarxiyada monarx ona taxta çıxmağa yardım etmiş dörd böyük müttəfiqinə knyaz rütbəsi verərək təşəkkür etdi. Bundan sonra gələcəkdə Gürcüstan tarixində mühüm rol oynamış ailələr müxtəlif gürcü knyazlıqlarının başına keçdilər və yeni hakim sülalələrin əsasını qoydular. Beləliklə, Gelovani ailəsi Svanetidə, Şervaşidze Abhazetidə, Dadiani ailəsi Sameqreloda, Vardanidze-Qurieli ailəsi isə Quriyada yarım müstəqil knyazlıqların hakim sülalələrinə çevrildilər.
Nəticə
Gürcüstanda mərkəzi hakimiyyət qəti olaraq zəiflədi. Yarım müstəqil knyazlıqlarda hakimiyyətə gələn bu sülalərdən bəziləri hətta bölgədə rus imperiya hakimiyyəti qurulana qədər hakimiyyətdə qalmağı bacardı.
Həmçinin bax
- Gürcüstan çarlığı
- Ertzuhi döyüşü
- Əlifba sırasına görə hərbi münaqişələr
- 1463-cü ildəki münaqişələr
- Gürcüstan tarixi
- Gürcüstandakı döyüşlər