| Ağalar Vəliyev | |
|---|---|
| | |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Ağalar İsrəfil oğlu Vəliyev |
| Doğum tarixi | 23 iyul 1957 (69 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Ağalar İsrəfil oğlu Vəliyev (23 iyul 1957, Yevlax) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.
Həyatı
Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. Əslən Qarakilsə rayonundandır. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.
Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti" trestinin rəisi, 1996–1998-ci illərdə isə "Azəraqrartikinti" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.
"Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə "Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə "Şöhrət" ordeni ilə, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Qərbi Azərbaycan İcmasının Qarakilsə Rayon İcmasınının İdarə Heyətinin fəxri üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Ailəlidir, bir oğlu var.
- 23 iyulda doğulanlar
- 1957-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Yevlaxda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Azərbaycan Respublikasının əməkdar mühəndisləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları
- Azərbaycan Milli Məclisinin VII çağırış deputatları