Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Narın viayəti Qırğızıstanın mərkəzindən uzanır və Çinlə, Qırğızıstanın Cui, İssuk — Kul, Calal Abad və Oş şəhəri ilə sərhəddir. Sahəsi 46707 kv kilometrdir. Əha

Narın (şəhər)

41°26′ şm. e. 76°00′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şəhər
Narın
41°26′ şm. e. 76°00′ ş. u.HGYO
Ölkə
  •  Qırğızıstan
Tarixi və coğrafiyası
Sahəsi
  • 84 km²
Mərkəzin hündürlüyü 2.044 ± 1 m
Əhalisi
Əhalisi
  • 41.419 nəf. (1939, 1959, 1970, 1979, 1989, 1999, 1999, 2009, 2017, 2021, 2022)
Rəqəmsal identifikatorlar
Telefon kodu +996 722600
Poçt indeksi 722600
Xəritəni göstər/gizlə
Narın xəritədə
Narın
Narın
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Narın (qırğ. Нарын) — Qırğızıstanda şəhər.

Ümumi məlumat

Narın viayəti Qırğızıstanın mərkəzindən uzanır və Çinlə, Qırğızıstanın Cui, İssuk — Kul, Calal Abad və Oş şəhəri ilə sərhəddir. Sahəsi 46707 kv kilometrdir. Əhalisi 27000 nəfərə yaxındır.

Narın şəhəri Qırğızıstanın ən soyuq şəhəridir. Burada temperatur qışda −40 °C dir. İllik orta temperatur −6 °C -dir. Buna baxmayaraq yayda hava kifayət qədər isti və tozlu olur. Ərazinin 70%-dən çoxu dağlarda, qalanı isə yüksək dağ yaylalarındadır. Karatal-Caparik qoruğu 1995-ci ildə Karqo dağlarının şimal təpələrinin meşəlik hissələrində yaradılıb. Burada Son Kul və Catır Kul kimi yüksək 72000 hektar ərazini əhatə edən dağlıq ərazilər var.

Narın şəhərinin yaxınlığında köhnə duz şaxtaları əsasında Kockor və Con Tus sanatoriyaları fəaliyyət göstərir. Bu şəhərdə Son Kul dağ gölündən aralıda 3000 metr ağacsız uzanan dağlar, qədim Taş karvansarası, Ece Narın vadisi və Salkintor dövlət parkı yerləşir. Çinlə sərhəddə yerləşən Çatır Kul gölü həmişə səyyaların və turistlərin sevimili məkanı olub.

Üst