Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yuxarı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı

Yuxarı Buzqov

39°31′26″ şm. e. 45°21′48″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Yuxarı Buzqov
39°31′26″ şm. e. 45°21′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Yuxarı Buzqov xəritədə
Yuxarı Buzqov
Yuxarı Buzqov

Yuxarı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi Buzqov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Buzqov kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası

Kəndin keçmiş adı Buzqov olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Buzqov, bu yaşayış məntəqəsi isə Yuxarı Buzqov adlandırılmışdır. Buzqov ərazidəki çayın adıdır. Kənd Buzqov çayının sahilində yerləşdiyi üçün belə adlanır.

Tarixi

Qarabağ müharibəsi başlandığı dövrdən etibarən ermənilər bir neçə dəfə bu kəndə hücum ediblər, lakin onların hücumunun qarşısını hər dəfə əsgərlər uğurla alırdı. Kənd uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov şəhid olmuşdur. Yuxarı Buzqovda kitabxana binası dağıdılmışdır. Bununla yanaşı kənddə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.

Tarixi abidələri

Yuxarı Buzqov kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1849 Buzqov yaşayış yeri e.ə. II minillik Yuxarı Buzqov kəndi Arxeoloji Ölkə
1850 Buzqov nekropolu e.ə. II minillik Yuxarı Buzqov kəndi Arxeoloji Ölkə

Coğrafiyası və iqlimi

Kənd Dərələyəz silsiləsinin yamacında yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 130 73 57
2009 ↗170 ↗89 ↗81

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə Yuxarı Buzqov kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Həmçinin bax

Üst