Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hacıqara, Hacı Qara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.

Hacıqara (Üçkilsə)

40°14′08″ şm. e. 44°17′12″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Hacıqara
40°14′08″ şm. e. 44°17′12″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Sahəsi
  • 4,98 km²
Mərkəzin hündürlüyü 870 ± 1 m
Əhalisi
Əhalisi
  • 1.798 nəf. (1831, 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Hacıqara xəritədə
Hacıqara
Hacıqara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacıqara, Hacı Qara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.

Tarixi

Rayon mərkəzindən 9 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş, «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Hacı Qaralı kimi, Qafqazın 5 verstlik xəritəsində Hacı Qara formasında qeyd edilmişdir.

Toponim Qara Hacılı türk etnoniminin əsasında əmələ gəlmişdir. Qara Hacılı etnonimi inversiyaya uğrayaraq Hacı Qara, Hacı Qaralı formasma çevrümişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aygeşad qoyulmuşdur.

Əhalisi

Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1829-cu ildə İranın Xoy vilayətindən köçürülmüşdür. Burada ermənilərlə yanaşı 1831-ci ildə 27 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar XX əsrin əvvəllərindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi Ermənilər yaşayır.

Üst